SON XƏBƏRLƏR

Türkiyə mediası İranda türk adlarına qarşı qadağadan yazıb-VİDEO

2022.05.18, 07:04
Türkiyə mediası İranda türk adlarına qarşı qadağadan yazıb-VİDEO

Gunaz.tv

“Türkcənin İranda azadlıq bayrağı olduğunu desək yanılmamışıq. Bu türk ailələrin övladlarına türkcə ad qoymaq üçün apardıqları mübarizədə özünü göstərir”-deyə, məlumatda qeyd edilib.

Türk adlarına qarşı İran hökumətinin qadağalarına toxunan məlumatda türk ailələrin öz övladlarına türkcə ad qoymaq problemləri işıqlandırılıb və hökumətin insanların öz kimliklərinə uyun ad seçmələrinə tətbiq etdiyi məhdudiyyətlərdən bəhs edilib.

“İran cəmiyyətinin təxminən yarısını təşkil verən türklər hər zaman olduğu kimi milli və kimlik məsələlərinin həlli yönündə azadlıq bayrağı qaldırıblar. Onlar bir sıra başqa etniklərdən fərqli olaraq qeyri-fars xalqlara qarşı sistemli ayrı-seçkilik siyasətinə mədəni və dinc yollarla etirazlarını bildiriblər”-deyə, məlumatda bildirilir.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar