“Türkiyəmiz bu ağır sınaqdan da üzüağ çıxacaq”-Ramin Əhmədov

07.02.2023, 18:11

“Qardaş Türkiyədə baş verən zəlzələ hamımızı dərindən sarsıtdı.Böyük dağıntılar, insan tələfatı, yaralılar və dağıntılar altında qalanlar var. Bütün dar günlərdə olduğu kimi bu gün də dövlət və xalq olaraq qardaşlarımızın yanındayıq”.  Bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib. 

Gunaz.tv Quote | Gunaz article

Ramin Əhmədov əlavə edib ki, qardaş ölkə növbəti ağır sınaqla üz-üzədir: “Təbii ki, durum ciddidir, Türkiyənin bir sıra bölgələrini əhatə edən irimiqyaslı təbii fəlakətdən söhbət gedir. Amma inanırıq ki, Türkiyəmiz Azərbaycan başda olmaqla dost və qardaş ölkələrin də dəstəyi ilə bu ağır sınaqdan da üzüağ çıxacaq.

Hazırda əsas məsələ zərərçəkənlərə yardım edilməsi, həmçinin birlik və bərabərliyin qorunmasıdır.

Bilirsiniz ki, Cənab Prezident qardaş ölkədə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına dəstək üçün əlaqədar qurumlara tapşırıq verib.

Eyni zamanda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib.

Cənab Prezident həmçinin ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri fəlakət bölgəsindədir və Cənab Prezidentin dediyi kimi qardaş ölkəyə hər cür yardım göstəriləcək.

Hər zaman olduğu kimi qardaşlarımızın yanında olacaq və əlimizdən gələn köməkliyi əsirgəməyəcəyik. 

Bir daha həyatını itirənlərə Allahdan rəhmət diləyir, dağıntılar altında qalanların tez bir zamanda xilas edilməsini, yaralıların öz sağlamlıqlarına qovuşmasını arzu edirik!”. 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20