SON XƏBƏRLƏR

“Türkiyənin Suriya əməliyyatı ABŞ hərbçilərinə təhlükə yaradır”- Pentaqon

2022.11.24, 12:29
“Türkiyənin Suriya əməliyyatı ABŞ hərbçilərinə təhlükə yaradır”- Pentaqon

Gunaz.tv

“Hava hücumları orada yerləşən ABŞ hərbçilərinin təhlükəsizliyini birbaşa təhdid edir. Onlar yerli tərəfdaşları ilə əməkdaşlıq edərək İŞİD-i məğlub etməyə və bu terror qruplaşmasının 10 mindən çox yaraqlısını həbsdə saxlamağa çalışırlar”, – Rayder deyib.

Onun sözlərinə görə, vəziyyətin gərginləşməsi İŞİD-ə qarşı mübarizədə uzun illər davam edən irəliləyişi də təhlükə altına qoyur: “Bu eskalasiya beynəlxalq anti-İŞİD koalisiyasının bu qruplaşmanı zəiflətmək və məğlub etməkdə çoxillik irəliləyişini təhlükə altına qoyur”.

Pentaqon sözçüsü Suriyanın şimalında, İraqda və Türkiyədə vəziyyətin gərginləşməsindən dərin narahatlığını bildirib. 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar