SON XƏBƏRLƏR

Türkiyədən İrana uçuşlar dayandırılıb

2022.08.22, 04:54
Türkiyədən İrana uçuşlar dayandırılıb

Gunaz.tv

“Turkish Press” saytının Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasına əsaslanaraq verdiyi məlumata görə, Türkiyə bazar günü korona virusunun yayılması ilə əlaqədar İran və Əfqanıstana hava yolları şirkətlərinin reyslərini dayandırıb.

Bu arada Türkiyədə və dünyanın bir çox ölkəsində koronavirusa yoluxma halları yenidən artıb.

Statistika göstərir ki, insanların avtobuslarda və metrolarda maska ​​taxmağa diqqəti çox azdır və Türkiyə vətəndaşlarının bir qısmı korono virusa qarşı peyvənlərin növbəti dozasını vurdurmağa meyilli deyil.

Bununla yanaşı İranda da koronovirusa yoluxma halları artıb və bu ölkənin səhiyyə rəsmiləri yoluxmanın 7-ci dalğasının başlanğıcında olduqlarını bildiriblər.

Tehranın "İmam Xomeyni" hava limanının ictimaiyyətlə əlaqələr bölməsi isə yaydığı məlumatda hava yolları nəqliyyatının dayandırılması barədə xəbəri təkzib edib.

Bölmənin yaydığı açıqlamada "Türkish Press"in yaydığı xəbərin bundan öncəyə aid olduğu və yanlışlıqla yenidən yayıldığı iddia olunub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar