SON XƏBƏRLƏR

Futbol üzrə İran millisinin üzvü Sərdar Azmun etirazlara dəstək verdi

2022.09.26, 06:26
Futbol üzrə İran millisinin üzvü Sərdar Azmun etirazlara dəstək verdi

Gunaz.tv

O, özünün instaqram hesabında etdiyi paylaşımda milli yığmadan qovulması bahasına başa gəlsə də, etirazçılara repressilar qarşısında susmayacağını deyib. 

"Milli komanda üzvlüyü İran qadınlarının saçının bir telinə qurban olsun. İnsanları bu rahatlıqda öldürdüyünüzə görə sizə lənət olsun",-deyə, Sərdar Azmun paylaşımında yazıb.

Hal-hazırda türk futbolçu "Bayer Leverkuzen"lə 22 milyon avroluq müqavilə bağlayıb və bu klubun hücumçusu kimi çıxış edir.

Qeyd edək ki, İranın şimal-şərqində yerləşən Türkmənsəhradan olan türkmən futbolçu Sərdar Azmun Güney Azərbaycanda və İranda xüsusilə türklər arasında ən çox bəyənilən futbolçulardan biridir. 

O, bundan öncədə Traxtur Klubu və onun azarkeşlərinə qarşı edilən haqsızlıqlara qarşı dəfələrlə etiraz edib və dəstək bəyanatı yayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar