SON XƏBƏRLƏR

Türkmənsəhrada qarşıdurma-Ölən və yaralananlar var

2022.05.03, 11:49
Türkmənsəhrada qarşıdurma-Ölən və yaralananlar var

Gunaz.tv

Bu barədə əyalət Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin başçısı polkovnik Əlirza Nəsirinin mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, silahlı qarşıdurma nəticəsində türkmən vətəndaşlardan biri Nurməhəmməd Qarabaş aldığı güllə yarası nəticəsində həyatını itirib, 18 nəfər isə yaralanıb.

Ə.Nəsiri 9 nəfərin saxlanıldığını və hadisəyə səbəb olan başqa şəxslərin saxlanılması üçün əməliyyat tədbirlərinin davam etdirildiyini deyib.

Silahlı qarşıdurma türkmənlərin yaşadığı Yelmə Salyan və etnik bəluçların yaşadığı İttihad kəndlərinin sakinləri arasında su mübahisəsinə görə baş verib.

Sistan və Bəluçistan əyalətinin Zabul şəhərindən türkmənlərin sıx yaşadığı Gülüstan əyalətinə köçürülən etnik mühacirlərin İran hökumətinin bölgənin demoqrafik tərkibini dəyişdirmək üçün planlı hərəkət olduğu bildirilir.    

Bundan öncə aprelin 29-da Gülüstan əyalətinin Ağ Qala kəndində yerli türkmənlərlə etnik sistanlı mühacirlər arasında silahlı qarşıdurma olub.

Qarşıdurma nəticəsində onlarla insan yaralanıb. Çox sayda insan polis qüvvələri tərəfindən həbs edilib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar