SON XƏBƏRLƏR

Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin qalıqlarını Azərbaycana verib

2022.12.05, 11:15
Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin qalıqlarını Azərbaycana verib

Gunaz.tv

“Sputnik Armenia”nın məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib”, – məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar