SON XƏBƏRLƏR

“Ermənistan bundan nəticə çıxarmalıdır” - Hikmət Hacıyev

2022.01.21, 08:26
“Ermənistan bundan nəticə çıxarmalıdır” - Hikmət Hacıyev

Gunaz.tv

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin yerli televiziya kanallarına müsahibəsini xatırladan H.Hacıyev bildirib ki, Prezident İlham Əliyev bu müsahibədə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı aktual məsələlər, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə əlaqədar media nümayəndələrinin suallarına cavab verdi.

“Cənab Prezident İlham Əliyev tərəfindən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edə biləcək məsələlər, Ermənistan ilə Azərbaycan arasında potensial sülh müqaviləsinin imzalanması üzrə danışıqların başlanması və digər məsələlərə toxunuldu.

Təbii ki, Ermənistan tərəfindən müvafiq cavablar verilməsini biz də gözləyirik. Ermənistan özü də regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli və bundan nəticə çıxarmalıdır”, - deyə H.Hacıyev vurğulayıb. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar