SON XƏBƏRLƏR

Ermənistan Türkiyənin iki şərtini yerinə yetirib - Erməni politoloq

2022.01.21, 19:50
Ermənistan Türkiyənin iki şərtini yerinə yetirib - Erməni politoloq

Gunaz.tv

Erməni politoloq Suren Sarkisyan “Arminfo” agentliyinə açıqlamasında belə deyib.

“Söhbət Ankaranın Ermənistana öz ərazi bütövlüyünü tanımaq tələbini irəli sürdüyü bəzi məlum sənədlərdən gedir. Təbii ki, gələcəkdə hər hansı ərazi iddialarından imtina etməyi tələb edir.

Həm də Müstəqillik Bəyannaməsində Qərbi Ermənistanın adının silinməsi və gerbimizdən Ağrı dağının çıxarılmasını istəyir. Mən əminəm ki, türklər bu ilkin şərtlərdən əl çəkmək niyyətində deyillər”,-deyə Sarkisyan bildirib.

Ekspert bildirib ki, İrəvan əslində Türkiyənin iki əsas ilkin şərtini artıq təmin edib:

“Qarabağı Azərbaycana təhfil vermək və “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması üçün nə isə etməkdən imtina”.

Onun fikrincə, bu, Ermənistan-Türkiyə danışıqları prosesində unikal vəziyyət yaradır. Çünki münasibətləri yaxşılaşdırmaq üçün əvvəlki cəhdlər zamanı bütün bunlar mövcud deyildi. (cebhe.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar