KTMT Ermənistana yardım göstərməyi qərara alıb - Baş katib

23.11.2022, 12:45

Ermənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində razılaşdırılıb.

Gunaz.tv Quote | Gunaz article

Bunu KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin Xarici İşlər nazirlikləri, Müdafiə nazirlikləri və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında deyib.

Zas qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır. Daxil olan məlumatlar təsdiqləyir ki, atışmalar demək olar ki, hər gün baş verir.

"Bu ilin may, sentyabr və oktyabr aylarında Kollektiv Təhlükəsizlik Şurasının üç sessiyası təhdidlərin müzakirəsinə həsr olunub. Biz Ermənistana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlər haqqında qərar layihəsini razılaşdırdıq. Sənədlər tərəflərin, KTMT-nin monitorinq missiyasının rəy və təklifləri əsasında hazırlanıb”, - deyə o bildirib.

Eyni zamanda, Zas vurğulayıb ki, Ermənistan hökuməti və digər iştirakçıların sülh sazişinin bağlanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların blokadadan çıxarılması istiqamətində səyləri Qafqaz regionunda müsbət rol oynayır.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan XİN İrana nota verib

2022-12-03

gun az article

Dövlət qurumları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji araşdırma aparmaq üçün mütəxəssislər göndərib

2022-12-03

gun az article

İran Rusiyadan iğtişaşlara qarşı avadanlıq almağı və müşavir göndərməyi xahiş edib

2022-12-03

gun az article

İranın keçmiş prezidentinin qızı Faizə Haşimi mühakimə olunub

2022-12-03

gun az article

Güneyli gənc barədə edam hökmü verilib 

2022-12-03

gun az article

Bolqarıstan Ukraynaya hərbi yardım ayırdı

2022-12-03

gun az article

ABŞ yeni strateji bombardmançı təyyarəsini təqdim edib

2022-12-03

gun az article

İranda öldürülən etirazçıların son sayı açıqlanıb

2022-12-03

gun az article

SEPAH yəhudi yazıçını terror etməyə cəhd edib

2022-12-03

gun az article

İranda daha bir jurnalist həbs edilib

2022-12-03

gun az article

Dekabrın 2-i gecə saatlarında etiraz aksiyaları davam edib

2022-12-03

gun az article

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Arəş Sadiqinin dərhal azad edilməsini istəyib

2022-12-03

gun az article

İranın baş prokuroru: "Virtual məkanı tamamilə bağlamalıyıq, bu isə mümkün deyil"

2022-12-03

gun az article

Qarabağa gəlmiş iranlı dəstə üzvlərinin adları - İran səfirliyinin diqqətinə!

2022-12-02

gun az article

Zahidanda etiraz aksiyaları başlayıb-Şəhər səmasında hərbi vertoliyotlar uçur

2022-12-02

gun az article

İranda türkmən fəallara qarşı təzyiqlər davam edir

2022-12-02

gun az article

İranın ticarət nazirinin müavininə sui-qəsd cəhdi olub

2022-12-02

gun az article

Ceyhun Bayramov Yunanıstanın XİN başçısı ilə görüşüb

2022-12-02

gun az article

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər ediblər

2022-12-02

gun az article

"İran iki həftə ərzində uranın 90 faiz zənginləşdirilməsinə nail ola bilər"-Benni Gantz

2022-12-02