SON XƏBƏRLƏR

"Qırmızı cizgiləri aşan İran oldu" - Elxan Şahinoğlu

2023.01.27, 11:45
"Qırmızı cizgiləri aşan İran oldu" - Elxan Şahinoğlu

Gunaz.tv

Politoloq Elxan Şahinoğlu bu gün Tehranda Azərbaycan səfirliyinə təşkil olunmuş silahlı və faciəvi hücum barədə danışarkən bildirib ki, İrandan Azərbaycan əleyhinə daima səslənin “sərhədlərin dəyişdirilməsi qırmızı

çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb: " Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir. 

Ona görə də soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu".

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar