SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı aksiya keçirilib

2022.08.12, 18:10
Urmu gölü ilə bağlı aksiya keçirilib

Gunaz.tv

Urmu gölünün qurumuş yatağında keçirilən aksiya zamanı ekoloji problemlə bağlı fəallar tərəfindən qəbul edilmiş bəyanat oxunub.

"Burada bir həyat son nəfəslərini verməkdədir, burada bir həyat can çəkişməkdədir.

Daha doğrusu burada bir həyata, bir gölə, bir millətin taleyinə, milyonlarca insanın gələcəyinə qəsd edilməkdədir.
Bu gün Azərbaycanımızın simgəsi olan bu gölün artıq son nəfəslərini verməsinin canlı şahidi olaraq bu ehtizar hikayəsinə son verilməsini elan etmək üçün burada toplaşmışıq.

Bu göl ehya olunmalıdır, bunun başqa hər hansı yolu yoxdur"-deyə, fəalların bəyanatında bildirilib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar