SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı saxlanılan fəallar sərbəst buraxılıb

2022.09.18, 11:31
Urmu gölü ilə bağlı saxlanılan fəallar sərbəst buraxılıb

Gunaz.tv

Qeyd edək ki, sentyabrın 17-i saat 18:00-da bir qrup mədəni və çevrə fəalı qurumuş Urmu gölünün ortasından keçən "Kəlantəri" körpüsünün yanında toplaşaraq dinc aksiya keçirib.

Əli Hacməhəmmədi, Həsən Rəvani və Adil İskəndəri ittihamları izah etmək üçün bu gün Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq bölməsinə aparılıb.

Sonra adıçəkilən bölmənin müstəntiqi işi öyrəndikdən, fəalların ifadələrini dinlədikdən sonra onların azadlığa buraxılması barədə göstəriş verib.

Adı çəkilən fəalların yaxınlarının verdiyi məlumata görə, onlar təhlükəsizlik bölməsində döyülüblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar