SON XƏBƏRLƏR

Urmu gölünün cənub hissəsi payıza kimi tam quruyacaq

2022.07.13, 11:01
Urmu gölünün cənub hissəsi payıza kimi tam quruyacaq

Gunaz.tv

İran parlamentinin Ətraf Mühitin Mühafizəsi Fraksiyasının başçısı Süməyyə Rəfii mütəxəssislərin proqnozlarına istinadən Urmu gölündə buxarlanmanın oktyabrın sonuna qədər davam edəcəyini, suyun səviyyəsi gölünün bərpası layihəsinin ilk günündəki səviyyəyə çatacağını və gölün cənubunun tamamilə quruyacağını deyib.

O, son illər yalnız ilin yağıntılı vaxtlarında göldə nisbi canlanmanın müşahidə olunduğunu söyləyib.

Süməyyə Rəfii 2027-ci ilə kimi Urmu gölünün çox hissəsinin bərpa olunacağının nəzərdə tutulmasına baxmayaraq planın alınmayacağı ehtimalının yüksək olduğunu bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar