SON XƏBƏRLƏR

Urmu gölünün duz fırtınası Ərdəbilə çatdı

2022.04.14, 09:48
Urmu gölünün duz fırtınası Ərdəbilə çatdı

Gunaz.tv

Bu barədə sosial media və çevrə fəalları videolar yayıblar.

Onlar duz fırtınasının bölgədə ekoloji problemlər yaratdığını, yollarda nəqliyyatın hərəkətinin çətinləşməsinə mane olduunu bildirirlər.

Son bir həftə ərzində Urmu gölünün qurumuş yatağından başlayan duz fırtınası Qərbi və Şərqi azərbaycan əyalətlərində problemlər yaradıb.

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi ekoloji problemlə bağlı xəbərdarlıq edib. O, toz fırtınası nəticəsində şəhərin havasının yüksək dərəcədə çirkləndiyini deyib.

Qərbi Azərbaycan əyalətinin Hava Proqnozları İdarəsinin rəisi Mehdi Sabiri qarşıdakı günlərdə də hava şəraitinin bu cür davam edəcəyini nbildirib. O, əyalət sakinlərini, özəlliklə həssas yaş qrupu və ürək-damar xəstəliyi olanları açıq havaya çıxmamağa çağırıb. 

Güney azərbaycanlı ekoloq Əhməd Bayburdi məsələ ilə bağlı verdiyi açıqlamada bir sıra məsulları, o cümlədən Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəhbəri Həsən Abbasnejadı qeyri-peşəkarlıqda ittiham edib. 

O, Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin icazəsi ilə Urmu gölünün yatağından qaydasız şəkildə duz istismarına başlanılmasını duz qayalarının ilkin formasının itirməsinə külək nəticəsində duz fırtınasının yaranmasına səbəb olduğunu bildirib.  

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar