SON XƏBƏRLƏR

Milli fəallardan Urmu məhkəməsinə etiraz: Proses 7 ildir yubadılır

2021.11.22, 11:09
Milli fəallardan Urmu məhkəməsinə etiraz: Proses 7 ildir yubadılır

Gunaz.tv

Onlar məhkəmədən 7 il öncə barələrində açılmış cinayət işinin nə yerdə olduğunu soruşub və işlə bağlı prosesin süründürülməsinə etiraz ediblər.

“İşin araşdırılması sizin ixtiyarınızda deyil, prosesin sürətləndirilməsini istəyirsinizsə araşdırma prosesi bitənə qədər həbsdə olmalısınız”-deyə, məhkəmə rəsmiləri fəallara bildirib.

Əta Kərimi, Qulam Quluzadə, Əli Əzizi və Sina Həsəniyə qarşı 7 il öncə cinayət işi açılıb və onlar bu müddətdə girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlıqdadırlar.

Adı çəkilən fəallar 2015-ci ilin may ayının sonlarında, Beynəlxalq Ətraf Mühitin Qorunması günü ərəfəsində Urmu gölünün qurudulmasına etiraz aksiyasına qatıldıqları üçün saxlanılıblar.

SEPAH-ın təhlükəsizlik bölməsinin məmurları tərəfindən saxlanılan fəallara qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

2015-ci ilin mayında bu işlə bağlı həmin fəallar barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırılıb. Buna baxmayaraq, cinayət işi prokuror müavininin protesti ilə iş yenidən başladılıb.

Bundan öncə Əta Kərimi və Əli Əzizi urmu şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 6-cı bölməsinə çağrılaraq barələrində əlavə olaraq “milli təhlükəsizliyə qarşı fəaliyyət” ittihamı irəli sürülmüş və girov məbləğləri artırılmışdır.

 Urmu gölünün qurumasının qarşısının alınması üçün tədbirlər görülməməsinə etiraz aksiyalarında onlarla fəal saxlanılıb barələrində cinayət işi açılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar