SON XƏBƏRLƏR

Urmu gölünün sahəsinin kiçilməsi davam edir

2022.04.13, 08:23
Urmu gölünün sahəsinin kiçilməsi davam edir

Gunaz.tv

"Mehr" xəbər agentliyinə müsahibə verən Cabbari deyib ki, bu böhran səbəbindən bölgə əhalisi digər məntəqələrə köçməyə məcbur qalacaq. 

O, qeyd edir ki, uzun illərdir Urmu gölünün canlandırılması ilə bağlı istəklər elə istək olaraq qalıb və dünyanın 2-ci ən böyük duz gölü məhv olmaq üzrədir. 

Hüccət Cabbari "Metr"ə açıqlamasında bildirib ki, aprelin 10-da Urmu gölünün suyu dəniz səviyyəsindən 1270.77 metr səviyyədə olub. Bu isə ötən ilin oxşar dövrü ilə müqayisədə 66 santimetr azalma olduğunu göstərir. 

"Gölün əhatə etdiyi sahədə də azalma müşahidə olunur. Hazırda göldə 3.11 milyard kubmetr su olduğu təxmin edilir. Bu isə ötən ilə nisbətən suyun həcminin 2.18 milyard kubmetr azalması deməkdir"-deyə, Höccət Cabbari bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar