SON XƏBƏRLƏR

Urmu gölünə su buraxılmır

2022.04.21, 10:23
Urmu gölünə su buraxılmır

Gunaz.tv

O, deyib ki, hazırkı iqlim şəraitini, yağıntıların miqdarını və gölə axan suların vəziyyətini nəzərə alsaq, yeni ildə də Urmu gölünün bərpası yönündə müsbət irəliləyiş olmayacaq.

Ötən ilin eyni dövrü ilə müqayisədə gölün su həcmi və sahəsinin daha da kiçildiyini deyən Höccət Cabbari Urmu gölü ətrafında qoruq əraziləri olan gölməçələrdə də ekoloji problemlərin davam edəcəyini bildirib.

Qeyd edək ki, son hesablamalara görə, Urmu gölünün 90 faizi quruyub və gölün bərpası üçün vəd edilən işlər istənilən yetərli səviyyədə aparılmadığı üçün bölgədə ekoloji problemlər yaşanır. 

Son bir neçə həftə ərzində Urmu gölünün qurumuş yatağından başlayan duz fırtınası Qərbi, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində problemlər yaradıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar