SON XƏBƏRLƏR

"Urmu gölünə qoyulan sərmayə fars dilinin inkişafına xərclənməlidir"- Qulaməli Həddad Adil

2022.07.06, 08:41
"Urmu gölünə qoyulan sərmayə fars dilinin inkişafına xərclənməlidir"- Qulaməli Həddad Adil

Gunaz.tv

"Təbii ekosistemimiz olduğu kimi, mədəni ekosistemimiz də var, göllər, səhra, hava və s. təbii ekosistemimizdir.

Son on ildə Urmu gölü ekosistemi zədələnib, bunu bərpa etmək üçün nə qədər sərmayə qoyulduğunu və nə qədər zərər çəkdiyimizi yoxlayın.

Zərər artıq ödənilə bilməz. Mədəni ekosistem də belədir, zədələnsə bir millət məhv olar, fars dili məhv olarsa, onu bərpa etmək olmaz"-deyə, iyulun 5-də Milli Söz Festivalının bağlanış mərasimində çıxışı zamanı Həddad Adil bildirib.

O, bütün iranlıların fars dilinin qorunması üçün fədakarlıq etməli olduğunu deyib və bu sahədə radio-televiziyanın xüsusi rolunu qeyd edərək, mediadan fars dilinin qorunması və inkişafı üçün daha çox çalışmalarını xahiş edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar