SON XƏBƏRLƏR

"Urmuda 6 milyon insanın həyatı təhlükədədir"- Azərbaycan İnkişaf Evi bəyanat yaydı

2021.11.04, 07:55
"Urmuda 6 milyon insanın həyatı təhlükədədir"- Azərbaycan İnkişaf Evi bəyanat yaydı

Gunaz.tv

Qeyd edək ki, 2013-cü ildə sabiq prezident Həsən Ruhani hökumətinin azərbaycanlılara verdiyi əsas vədlərdən biri Urmu gölünün bərpası olub.

Bundan sonra 2015, 2018-ci illərdə hökumət kabineti üzvlərinin Şərqi Azərbaycana səfəri zamanı eyni vəd təkrar olunsa da 8 il müddətində gölün bərpası istiqamətində heç bir addım atılmayıb.

H.Ruhani prezidentliyi dövründə məsələ ilə bağlı mövqe bildirməyən bir sıra şəxs və qurumlar İbrahim Rəisi prezident seçildikdən sonra səssizliyi pozmağa başlayıb.

Onlar gölün bərpası ilə bağlı keçmiş hökumətin vədlərinin yalan çıxmasından danışmağa başlayıblar.

Azərbaycan İnkişaf Evi bəyanat yayaraq Həsən Ruhani hökumətini tənqid edib və Urmu gölünün ətrafında yaşayan 6 milyon azərbaycanlının həyatının təhlükədə olduğunu bildirib.

“6 milyondan çox sakini olan bu bölgənin əhalisi ciddi təhlükə altındadır. Onlar gölün quruması nəticəsində yaranan fırtınaların yaratdığı toz və iqlim dəyişikliyinin zərərli təsirləri ilə üz-üzədir.

Bölgənin kənd təsərrüfatı istehsalına ciddi ziyan dəyib, torpaq, su və ümumilikdə ekoloji ehtiyatları məhv edilib.

Bununla yanaşı bütün sahələrdə sudan qeyri-düzgün istifadə, çoxsaylı kiçik və böyük bəndlərin tikintisi, gölə suyun axınının qarşısının alınması, göldə buxarlanmanın artması, suda və onun ətrafında duz kristallarının əmələ gəlməsi, gölün kritik vəziyyətini gücləndirib. 

Elmi dairələrdə bunu təsvir edən böhran sözü yerinə artıq "ekoloji fəlakət" terminindən istifadə etmək daha məqbuldur”- bəyanatda belə deyilir.

Bəyanat müəllifləri keçmiş hökuməti yarıtmaz idarəçilikdə, gölün bərpası üçün yanlış layihələrin irəli sürülməkdə, ayrılan vəsaiti hədərə verməldə günahlandırıblar.

Azərbaycan İnkişaf Evi bundan öncə Ruhani hökumətinə yazdığı kimi iqtidara da müraciət edərək gölün bərpası ilə bağlı ənənəvi təkliflər irəli sürüb və onun bərpası işinin yenidən başladılması üçün tədbirlər görülməsini xahiş ediblər.

Bəyanat azərbaycanlı sosial media istifadəçilərinin qınağı ilə qarşılaşıb.

İstifadəçilər Azərbaycan İnkişaf Evi tərəfindən indi yazılan fikir və tənqidlərin ötən 8 il ərzində niyə səsləndirilmədiyini soruşublar.

C.E   

صفحه اصلی - خانه توسعه آذربایجان

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar