SON XƏBƏRLƏR

Urmu ekoloji fəlakət bölgəsinə çevrilib: "Duz fırtınaları canlı mühiti məhv edəcək"

2021.10.20, 07:36
Urmu ekoloji fəlakət bölgəsinə çevrilib: "Duz fırtınaları canlı mühiti məhv edəcək"

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Mehran Nəzəri açıqlama verib.

Onun sözlərinə görə, əyalətdə ən əhəmiyyətli ekoloji problem su çatışmazlığıdır.

"Son bir ildə Urmu gölünün səviyyəsi kəskin azalıb. Nəticədə bölgədə duz tozu fırtınaları riski kəskin artıb"-deyə, o, bildirib.

Mehran Nəzərinin sözlərinə görə, ötən ilin oxşar dövrü ilə müqayisədə göldə suyun səviyyəsi 61 santimetr, gölün sahəsi 1423 kvadratkilometr, movcud olan suyun həcmi isə 2 milyard kubmetr azalıb.

M.Nəzəri deyib ki, gölün bərpası yönündə işlərin ləngidiləcəyi təqdirdə güclü duz fırtınaları yaranacaq.

"Bu isə ətraf bölgələrdə olan bütün yaşayış yerlərinə, canlı müitə ciddi təsir edəcək"-deyə, M.Nəzəri bildirib. 

M.Nəzəri göldə suyun səviyyəsinin azalması nəticəsində adaların bir-biri və quru ilə birləşdiyini, çox sayda bataqlıqların ortaya çıxdığını və bunun adalarda yaşayan nadir heyvan növləri, vəhşi təbiət üçün ciddi təhlükə törətdiyini söyləyib.

Qeyd edək ki, bundan öncə oktyabrın 6-da Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin sədr müavini Höccət Cabbari bölgədə yaşayan nadir heyvan növlərinin təhlükə qarşısında olduğunu deyib.

O, suyun quruması nəticəsində Aşk və Kəbudan adalarının gölün cənub sahilləri ilə birləşdiyini deyib. Onun szölrinə görə, bu, vəhşi təbiətə, qoç özəlliklə bölgəyə xas olan “Sarı maral” növlərinin həyatının risk altına düşməsinə səbəb olub.

“Suyun azalması bitki örtüyünün aradan getməsi ilə yanaşı adaların quru ilə birləşməsinə, adı çəkilən nadir heyvan növlərinin adalardan çıxaraq ətraf bataqlıqlarda məhv olmasına səbəb olacaq”-deyə, H.Cabbari bildirib.

Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin sədr müavini eyni halda belə olduğu təqdirdə yırtıcı heyvanların bölgəyə girməsinə, ekosistemin kəskin dəyişməsinə səbəb olacağını qeyd edib.

 

پیام تبریک مهران نظری مدیر کل حفاظت محیط زیست آذربایجان غربی - پایگاه خبری  تحلیلی زیست سیما | پایگاه خبری تحلیلی زیست سیما

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar