SON XƏBƏRLƏR

"Urmunun metropol elan edilməməsi sərmayə cəlbinin qarşısını alır"-Şəhər Şurasının üzvü

2022.07.22, 07:50
"Urmunun metropol elan edilməməsi sərmayə cəlbinin qarşısını alır"-Şəhər Şurasının üzvü

Gunaz.tv

O, deyib ki, şəhərin metropol elan edilməməsi milli sərmayələrin cəlb olunmasında və büdcə ayrılmasında məhdudiyyətlərə səbəb olur.

Şəhər Şurasının sözçüsü bildirib ki, başqa böyük şəhərlərin bələdiyyələrinə on milyardlarla vəsait ayrıldığı halda Urmu bələdiyyəsinə yalnız 5 milyard tümən büdcə ayrılması başadüşülən deyil.

"Statistik məlumatlara görə, şəhər əhalisi 930 min nəfərdir. Ancaq rəsmi dövlət statistikasında bu 810 min nəfər göstərilib. Bu isə Urmunun metropol sayılmamasına və metropoliyalar üçün nəzərdə tutulan vəsaitlərdən məhrum olmasına səbəb olub"-deyə, Tumac Vəhid Əfşar bildirib.

O, Urmu şəhərinin İran parlamentindəki nümayəndələrinin fəaliyyətlərini tənqid edib və Urmu kimi böyük şəhər üçün yalnız  5 milyard tümən vəsait ayrılmasının qəbul edilməz olduğunu vurğulayıb.

"Urmu şəhər bələdiyyəsi üçün 5 milyard tümən vəsait ayrılması səbəbi nə olursa olsun qəbul olunmamalıdır.

O cüzi vəsait geri qaytarılmalı və bununla da məsullara xəbərdarlıq edilməlidir"-deyə, Əfşar qeyd edib.

Timur  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar