SON XƏBƏRLƏR

Urmuda ekoloji çirklilik təhlükəli həddə çatdı-Maskasız gəzmək qadağan edildi

2022.04.09, 09:00
Urmuda ekoloji çirklilik təhlükəli həddə çatdı-Maskasız gəzmək qadağan edildi

Gunaz.tv

İnsanlara açıq havaya maskasız çıxmaq qadağan olunub.

Hava Proqnozları İdarəsinin rəisi Mehdi Sabiri qarşıdakı günlərdə də hava şəraitinin bu cür davam edəcəyini nbildirib. O, əyalət sakinlərini, özəlliklə həssas yaş qrupu və ürək-damar xəstəliyi olanları açıq havaya çıxmamağa çağırıb.

Mehdi Sabiri güclü fırtına və küləyin İraq və Suriyadan toz fırtınasının əyalətə daxil olmasına səbəb olduğunu bildirib.

Lakin ətraf mühit fəalları və mütəxəssisləri bunun Urmu gölündən duz fırtınasının başlanması ilə əlaqəli olduğunu deyiblər.

Aprelin 8-də Başda Təbriz olmaqla Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində Urmu gölündən başlayan duz fırtınası müşahidə olunub və hava çirkliliyinin səviyyəsi 170-ə çatıb.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar