SON XƏBƏRLƏR

Urmu Ticarət Palatasının rəhbəri: "Özəl banklar pul yığıb Azərbaycandan çıxarırlar"

2022.08.30, 07:57
Urmu Ticarət Palatasının rəhbəri: "Özəl banklar pul yığıb Azərbaycandan çıxarırlar"

Gunaz.tv

İranın iqtisadiyyat və maliyyə naziri Seyid Ehsan Xanduzi və Qərbi Azərbaycanın bir qrup nümayəndəsinin iştirakı ilə Urmuda keçirilən hökumət və özəl sektor arasında dialoq şurasının iclasında çıxış edən Həsən İntizar özəl bankların əyalətin pullarını yığıb başqa bölgələrə aparmalarına etiraz edib.

Ticarət Palatasının başçısı əyalətin iqtisadi durumu ilə bağlı verdiyi məlumatdan sonra dövlətin özəl sektor və iqtisadi fəallara dəstək verməsini tələb edib.

Qeyd edək ki, oxşar problem Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində də hakimdir və bir sıra yerli məsullar bu barədə iradlarını bildiriblər.

Avqustun 25-də Şərqi Azərbaycanın valisi Zeynəlabdin Rəzəvi Xurrəm İranın iqtisadiyyat və maliyyə naziri Seyid Ehsan Xanduzi ilə görüşündə əyalət şirkətlərinin vergi hesablarından danışıb və bu hesabların Tehrandan Azərbaycana köçürülməsini istəyib.

Bundan bir neçə gün öncə öncə Şərqi Azərbaycan Vergilər İdarəsinin başçısı İsa Oruczadə də oxşar məsələ ilə bağlı təklif irəli sürmüş və Azərbaycanın Süngün Mis Mədəni və Miyana Polad Sənayesinə aid olan vəsaitlərin Tehrandan əyalətə köçürülməsini istəmişdi.

O, Şərqi Azərbaycan gəlirlərinin 95-nın vətəndaşlardan yığılan vergilərin təşkil etdiyini, Azərbaycana aid olan gəlir və qazancların xeyrinin isə Tehranın büdcəsinə əlavə edildiyini demişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar