SON XƏBƏRLƏR

Urmu, Xoy və Salmas düzənliklərində təhlükəli torpaq çökmələri qeydə alınır

2022.04.23, 11:31
Urmu, Xoy və Salmas düzənliklərində təhlükəli torpaq çökmələri qeydə alınır

Gunaz.tv

Regional Su Şirkətinin məlumatına görə, əyalətdə hər il lisenziyalı və qeyri-qanuni quyulardan 32 milyon kubmetr su çıxarılır və bu yeraltı su ehtiyatlarının səviyyəsinin aşağı düşməsinə, nəticəsə isə bir çox bölgələrdə torpaq çökmələrinin təhlükəli səviyyədə çoxalmasına səbəb olur.

“Beynəlxalq standartlara görə, torpaq çökməsi illik ortalama 4 santimetr qəbul edilib. Ancaq bu Qərbi Azərbaycanda 8-9 santimetrə çatdığı üçün durumun daha böhranlı olduundan xəbər verir”-deyə, Qərbi Azərbaycan əyalətinin Təbii Sərvətlər İdarəsinin başçısı Mirsəməd Musəvi “İlna”ya verdiyi açıqlamada bildirib.

Xoy və Çaypara şəhərlərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə Xoy düzündə hər il ortalama 12 santimetr torpaq çökməsinin qeydə alındığını deyib və bunun yaxın gələcəkdə təhlükəli ekoloji problemə çevriləcəyi barədə xəbərdarlıq edib.

“Düzdə baş verən çökmənin bir hissəsi Xoy şəhərinin yerləşdiyi ərazini əhatə edir. Bundan artıq çökmə baş verərsə yeraltı boşluqların aktivləşməsi nəticəsində şəhər ciddi böhran və dağıntılarla üz-üzə qala, yaşayış yerləri məhv ola bilər”-deyə, Nəcəfzadə bildirib.

Bundan bir müddət öncə İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmu çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə danışmışdı.

“Geoloji tədqiqatlar sahəsində "yerin gizli ölümü" adlandırılan torpaq çökməsi  nəticəsində Qərbi Azərbaycan əyalətinin 3 düzənliyinin şəhər və şəhərətrafı infrastrukturu, yolları və digər infrastrukturunu təhlükə altına salıb”-deyə, Sərtipi adı çəkilən bölgələrdə torpaq çökməsinin böhran səviyyəsinə çatdığı barədə xəbərdarlıq edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar