SON XƏBƏRLƏR

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021.12.08, 09:14
Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

Gunaz.tv

O, bildirib ki, Urmuda sənaye müəssisələri çox olmasa da, şəhərin havanın çirkliliyinə görə İranda ilk 10 şəhər arasında yer alır. 

Mənafi hava çirkliliyi səviyyəsinin yüksək olmasında qaydasız tikintilərin, istifadəyə yararsız nəqliyyat parkının və şəhərdə yerləşən avtovağzalın əhəmiyyətli dərəcə rol oynadığını bildirib. 

Şəhər Şurasının sədr müavini hazırkı durumda avtovağzalın şəhərdən qırağa köçürülməsinin vacibliyini qeyd edərək, Ətraf Mühitin Mühafizəsi İdarəsinin ekoloji problemin həlli ilə bağlı əlaqədar qurumlarla kordinasiyalı fəaliyyət göstərməsini istəyib.
 
Qeyd edək ki, son həftələr Urmu şəhəri hava çirkliliyi səviyyəsinə görə, ölkədə ən çirkliyi havası olan şəhərlər sırasında qərarlaşıb və dəfələrlə həsas yaş qrupları üçün açıq havaya çıxmamaq barədə xəbərdarlıq edilib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar