SON XƏBƏRLƏR

Urmu zindanında saxlanılan siyasi məhbusun müalicəsinə icazə verilmir

2022.09.07, 10:25
Urmu zindanında saxlanılan siyasi məhbusun müalicəsinə icazə verilmir

Gunaz.tv

Qeyd edək ki, fevral ayında xüsusi təyinatlı qüvvələr Hamid Qaraoğlaninin də olduğu siyasi məhbuslar saxlanılan bölməyə hücum etmiş, onları döyərək başqa bölmələrə köçürmüşdü.

Bundan sonra azərbaycanlı məhbus 24 saat nəzarət altında saxlanılır və onun qanunla nəzərdə tutulan hüquqlardan istifadə etməsinə icazə verilmir.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı il tarixində İran Kəşfiyyat Xidməti tərəfindən saxlanılıb və 28 sentyabr 2020-cı ildə Urmu İnqilab Məhkəməsinin 2 saylı bölməsi tərəfindən mühakimə olunub.

“"Amerika-İsrail" düşmən ölkələrinə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, "Qasım Süleimaninin şəklini cırmaq”da günahlandırılan Qaraoğlani ilk mərhələdə edam cəzasına məhkum olunsa da, sonradan onun cəzası 13 il həbs cəzası ilə dəyişdirilib.

Hamid Qaraoğlani zindandan İran Məhkəmə Sisteminin başçısına yazdığı açıq məktubda günahsız olduğunu, təhlükəsizlik məmurlarının işgəncə altında ondan məcburi etiraflar aldıqlarını və barəsində irəli sürülən ittihamların heç birini qəbul etmədiyini bildirib.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar