SON XƏBƏRLƏR

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023.03.23, 09:25
Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıblar.

Bununla yanaşı daha 5 nəfər eyni ittihamla 10 il azadlıqdan məhrum edilib.

İnsan haqları təşkilatlarının yaydığı məlumatda edam və həbs cəzasına məhkum edilən şəxslərin təcridxanada ağır işgəncələrə məruz qaldıqları, onlardan məcburi etiraf alındığı və müttəhimlərin məhkəmədə barələrində irəli sürülən ittihamı rədd etdikləri bildirilib.

Qeyd edək ki, edama məhkum edilənlərin arasında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı bölməsinin zabiti Mənsur Rəsulinin də adı var.

Bundan öncə 2022-ci il dekabrın 4-də Kərəc şəhərinin həbsxanasında biri güney azərbaycanlı olmaqla 5 nəfər Mənsur Rəsulini oğurlayaraq ondan İsrailin xeyrinə məlumatlar aldıqlarına görə edam edilib.

Günaz.TV
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar