SON XƏBƏRLƏR

Urmuda 8 fəal məhkəməyə çağırılıb

2022.10.18, 10:14
Urmuda 8 fəal məhkəməyə çağırılıb

Gunaz.tv

İyulun 16-da Urmu gölü ilə bağlı keçirilən aksiyada saxlanılan 8 fəal Urmu İnqilab Məhkəməsinə çağrılıblar.

Fəriba Əmuyi Binabi, Firiştə Hüseynzadə, Huşəng Nəğizadə, Mikayıl Qulipur, Əlirza Qasimzad, Səməd Rzayi Allahlu, Səid Gülməhəmmədi, Nasir və Hadi Xoşbəxt Quşçu adlı fəallara məhkəmənin elektron sistemi vasitəsilə çağırış göndərilib.

Adı çəkilən fəallardan çağırışı aldıqdan sonra 5 gün müddətində son müdafiələrini etmək üçün Urmu şəhəri Ümumi və İnqilab Prokurorluğunun 10-cu bölməsinə getmələri istənilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar