SON XƏBƏRLƏR

"Urmuda içməli su probleminin həll edilməsi üçün yeni su anbarı tikilməlidir"-Yasir Rəhbərdin

2022.01.07, 13:02
"Urmuda içməli su probleminin həll edilməsi üçün yeni su anbarı tikilməlidir"-Yasir Rəhbərdin

Gunaz.tv

Yasir Rəhbərdin Urmu şəhərində içməli su çatışmazlığının böhrana çevriləcəyi barədə xəbərdarlıq edib və “Nazlı” çayı üzərində yeni bəndin tikintisinin vacibliyini deyib.

“Su və Kanalizasiya Şirkətinin hesabatına görə, Urmu şəhəri, Nazlı çayı çevrəsi, Ənzəl, Kəhriz və Qarabağ yaşayış bölgələrinin içməli suyunun təminatı üçün 2032-ci ilə kimi Nazlı çayı üzərində yeni su anbarının tikintisi həyata keçirilməidir”-deyə, Rəhbərdin bildirib.

O, layihənin reallaşmayacağı təqdirdə Urmu şəhəri də daxil olmaqla adı çəkilən yaşayış məntəqələrində içməli su böhranının qaçılmaz olacağını söyləyib.

“Urmunun əsas içməli su təminatçısı olan ”Şəhər çayı” illik 57.9 milyon kubmetr su ilə əhalinin suya olan tələbatının yalnız 60%-i ödəməyə qadirdir”-deyə, Yerli Su Şirkətinin başçısı əlavə alternativlər üzərində işləməyin vacibliyini qeyd edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar