SON XƏBƏRLƏR

“Kiber məkana nəzarətin əleyhinəyəm”- Urmulu millət vəkili

2021.11.27, 14:15
“Kiber məkana nəzarətin əleyhinəyəm”- Urmulu millət vəkili

Gunaz.tv

Ruhullah Həzrətpur insanlar üçün kiberməkan və sosial şəbəkələrdən geniş istifadənin qarşısının alınmasının mümkün olmadığını vurğulayıb.

"Kiber məkanın insanların qarşılıqlı əlaqə və ünsiyyət məkanı olduğu indiki şəraitdə onları bu imkandan məhrum etmək məntiqli deyil”-deyə, o, “İlna” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Millət vəkili layihəyə qarşı olduğunu və qapalı məkanda qərar qəbul etməyyin müsbət nəticə verəcəyinə inanmadığını qeyd edib.

Həzrətpur millət vəkillərini bu gün əhalinin daha vacib problemlərinin həlli ilə qərar verməli olduqlarını diqqətə çatdırarq, hazırda pandemiya məhdudiyyətlərindən irəli gələn ağır şərayitdə insanların iş və gəlir qaynaqlarından biri olan kiberməkana müdaxilənin yolverilməz olduğunu söyləyib.

Qeyd edək ki. bundan öncə İran parlamentində ölkədə kiber məkana nəzarət barədə layihə irəli sürülüb və bu parlamentin qapalı iclasında müzakirəyə çıxarılıb.

Bir sıra millət vəkilləri, o cümlədən azərbaycanlı millət vəkilləri Ruhullah Həzrətpur, Məsud Pezeşkiyan, Əhməd Əlirzabeygi və başqaları bunun əleyhinə fikirlər səsləndirib, layihəni əhalinin dahada sıxışdırılmasına, narazılıqların artmasına səbəb olacağını bildiriblər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar