İranın məşhur həbsxanasına kiberhücum- Yüzlərlə məhkumun ittihamı ifşa olundu-VİDEO

08.02.2022, 06:00

“Ədaləti Əli” haker qrupu mediaya bildirib ki, Kərəcin “Qızıl hisar” zindanının sistemlərinə müdaxilə edib və çox sayda sənədləri ələ keçiriblər.

Gunaz.tv Quote | Gunaz article

Qrupun mediaya ötürdüyü sənədlər arasında 2019-cu ilin noyabr etirazları zamanı həbs olunan yüzlərlə məhbusun siyahısı və onlara qarşı irəli sürülən ittihamlar mövcuddur.

Əldə edilən sənədlərdə məhbuslara qarşı irəli sürülən ittihamların əksəriyyətinin “asayişi pozmaq”, “rejimə qarşı təbliğat fəaliyyəti”, “İslam Respublikası tarixinin iki liderini kiberməkanda təhqir etmək” və “təhlükəsizliyə qarşı fəaliyyət etmək niyyəti ilə toplaşmaq və əlbir olmaq” olduğu üzə çıxıb.

Əldə edilən siyahıda 1846 məhkumların 1 aydan 10 ilədək həbsə məhkum edildikləri, bir sırasının barəsində isə həbslə yanaşı şallaq zərbəsi cəzasınında çıxarıldığı görünür.

“Bir neçə dəqiqə əvvəl rejimin zülm və repressiyalarını ifşa etmək üçün Kərəcdəki “Qızıl hasar” zindanını da hək etdik.

Biz hamımız bu avtoritar rejimin siyasi məhbuslarıyıq. Biz bu “Fəcr” ongünlüyünü ümumölkə etirazları onilliyinə çevirəcəyik"-deyə, haker qrup bildirib.

Bundan öncə fevralın 1-də eyni haker qrupu İranın dövlət radio və televiziya kanallarının canlı yayım və arxiv platforması olan "Telewebion"a qarşı kiber hücum həyata keçirib. 

 Hücum nəticəsində bu platforma vasitəsilə canlı yayım həyata keçirən İranın bir neçə televiziya kanalının efiri ələ keçirilib.

Faktı təsdiqləyən "Telewebion" bildirib ki, bu gün axşam saat 02:00 radələrindən 23:00-a qədər hücum nəticəsində sistemdə problemlər yaşanıb və bir neçə kanalın verilişləri yarımçıq saxlanılıb. 

Məlumata görə, bu gün İranın dövlət teleradio kanalları adi qaydada verilişlərinin yayımını davam etdirərkən qəfildən həmin proqramlar dayanıb və əvəzində İran hökumətinə qarşı "Xamneyiyə ölüm" şüarları ilə keçirilən mitinqlərin görüntüləri yayımlanıb. 

Daha sonra maskalı bir şəxsin görüntüsü gəlib və o, İran hökumətinə qarşı fikirlər səsləndirib, bu rejimi yıxacaqlarını bəyan edib. Sonda isə "qorxmayın, qorxmayın, biz hamımız birlikdəyik" şüarı səsləndirilib.

Bundan öncə yanvarın 27-i gecə saatlarında İranın rəsmi televiziyasının 1-ci kanalına kiber hücum edilmişdi.

Qeyd edək ki, bundan öncə də İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24