SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda həbslər: Korrupsiyada ittiham olunan hökumət məmurları saxlanılıb

2022.01.21, 11:44
Şərqi Azərbaycanda həbslər: Korrupsiyada ittiham olunan hökumət məmurları saxlanılıb

Gunaz.tv

Əcəbşerin prokuroru Məhəmməd Zamani mediaya verdiyi açıqlamada bir neçə hökumət məmurunun saxlanıldığı barədə məlumatı təsdiq edib.

O, saxlanılanların korrupsiya və oğurluqda ittiham olunduğunu deyib.

Prokuror saxlanılanların kimliyi və sayı barədə açıqlama vermədən onların Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şəxslər olduqlarını bildirib.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb. 

Ötən ilin əvvəllərində Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri sayılır.

Hesabatda İran dünya üzrə 180 ölkə arasında korrupsiya miqyasına görə 149-cu yerdə qərarlaşır.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar