SON XƏBƏRLƏR

Şərqi Azərbaycan şəhərlərindən köç kəskin artıb-Millət vəkilindən həyəcanlı açıqlama

2021.10.22, 10:15
Şərqi Azərbaycan şəhərlərindən köç kəskin artıb-Millət vəkilindən həyəcanlı açıqlama

Gunaz.tv

Onun sözlərinə görə, düzgün kommunikasiya yollarının olmaması, içməli və kənd təsərrüfatına lazım olan suyun çatışmazlığı bu prosesi sürətləndirib.

"Xudafərin, Kəleybər və Horand su bəndlərinin tikintisinin yarımçıq qalması, Xudafərin sərhəd-keçid məntəqəsinin işlək olmaması, tibb və səhiyyə infrastrukturunun yoxluğu təmsil olunduğum bölgə əhalisinin köçünə səbəb olub”-deyə, millət vəkili bildirib.

O, sadalanan problemlər ucbatından bu günə kimi sözügedən bölgədə yaşayan əhalinin sayının üç qatı qədər insanın başqa yerlərə miqrasiya etdiyini qeyd edib.

Hüseyn Hatəmi Kəleybər, Xudafərin və Horand bölgələrinin əsas problemlərindən birinin içməli su olduğunu deyib, “Peyğam” su bəndinin tikintisinin üstündən 25 il keçməsinə baxmayaraq 50% irəliləyiş olduğunu söyləyib.

Hatəmi bildirib ki, təmsil etdiyi bölgələrin 2150 kilometr əlaqə yollarının çox hissəsi asfalt deyil.

O, bu sahədəki göstəricilərə görə bölgənin ölkə üzrə ən aşağı sıralarda yer aldığını bildirib.

Bununla yanaşı o, bölgənin yüksək turizm potensialına malik olduğunu xatırladıb, bu sahənin inkişafı üçün vəsait ayrılmadığından gileylənib.

C.E     
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar