SON XƏBƏRLƏR

Şərqi Azərbaycan koronavirus xəstələrinin ölüm sayına görə İranda 6-cı yerdədir

2021.12.18, 12:12
Şərqi Azərbaycan koronavirus xəstələrinin ölüm sayına görə İranda 6-cı yerdədir

Gunaz.tv

O, hal-hazırda əyalət xəstəxanalarında 360 koronavirus xəstəsinin müalicə olunduğunu, ötən 24 saat ərzində 4 COVİD-19 xəstəsinin həyatını itirdiyini və Şərqi Azərbaycanın koronovirus ölümlərinin sayına görə İranda 6-cı yeri tutduğunu söyləyib. 

Urmu şəhərinin Tibb Elmləri Universitetinin başçısı Məhəmmədəmin Vəlizadə isə son sutka ərzində əyalətdə daha 113 nəfərin COVİD-19 virusuna yoluxduğunu, onlardan 72-nin tibb ocaqlarına yerləşdirildiyi barədə məlumat verib. 

Son 24 saatda daha 2 xəstənin həyatını itirdiyini deyən Vəlizadə hal-hazırda Qərbi Azərbaycan xəstəxanalarında 471 koronavirus xəstəsinin müalicə aldığını, onlardan 126-nın reanimasiya şöbələrində yerləşdirildiyini və 27 nəfərin süni tənəffüs aparatına qoşulduğunu bildirib. 

Qərbi Azərbaycan əyalətində bu günə kimi 322821 nəfər koronavirusa yoluxub və onlardan 7198 xəstə həyatını itirib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar