SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın faydalı qazıntı ehtiyatlarının 40 faizi istifadəsiz qalıb

2022.03.15, 08:17
Şərqi Azərbaycanın faydalı qazıntı ehtiyatlarının 40 faizi istifadəsiz qalıb

Gunaz.tv

“Son 5 ay ərzində iqtisadi və investisiya şərtləri, mövcud vəziyyətin təhlili ilə bağlı tam anlayış əldə etmək üçün müxtəlif sahələrdə dərin tədqiqatlar aparılıb.

Bunun əsasında əyalətin inkişaf planı tərtib edilib. Bəlli olub ki, təbii ehtiyatlarla bağlı problemlər üzündən əyalətin mədənlərinin 40% durğun vəziyyətdədir”-deyə, vali bildirib.

Şərqi Azərbaycanda 8,5 milyard ton mineral ehtiyatların mövcud olduğunu, buna bağlı sənaye sahələrinin yaradılmasının vacibliyini bildirən vali, kəşfiyyat üçün təbii ehtiyatlarla bağlı problemlər həll olununduğu təqdirdə əyalətdə böyük sənaye və iqtisadi inqilab baş verəcəyini deyib.

Əyalətdəki müxtəlif problemlərdan danışan Zeynəlabdin Rəzəvi Xurrəm Şərqi Azərbaycanda yolların acınacaqlı durumda olduğunu, əyalət üzrə ən azı 70 qəza nöqtəsinin təyin edildiyini və bunların aradan qaldırılması üçün külli məbləğdə büdcə ayrılmasına ehtiyac olduğunu söyləyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar