SON XƏBƏRLƏR

Aşıqlar Birliyi Azərbaycan mədəniyyətini aşağılayan təbrizli komediya ustasını məhkəməyə verib

2022.02.08, 11:30
Aşıqlar Birliyi  Azərbaycan mədəniyyətini aşağılayan təbrizli komediya ustasını məhkəməyə verib

Gunaz.tv

"Babək Nəhrin “Coker” proqramında Azərbaycanın milli mədəniyyətinə, geyiminə, dilinə, tarixinə və əsil musiqisinə qarşı nalayiq hərəkətlər edib.

Şərqi Azərbaycan “Aşıqlar” Mədəniyyət və İncəsənət Dərnəyi bu məsələyə məhkəmə orqanları vasitəsilə aydınlıq gətirməyə məcbur olub”-deyə, birliyin başçısı Məhəmməd İbadi bildirib.

O, prosesin davamı, məhkəmə orqanlarının şikayətə yanaşması və nəticə barədə ictimaiyyətə sosial media vasitəsilə ətraflı bilgi verəcəklərini söyləyib.

Qeyd edək ki, Babək Nəhreynin İranda yayımlanan “Coker” proqramında Azərbaycan aşıqlarını, folklorunu aşağılamaq səviyyədə gülüş hədəfinə çevirməsi Güney azərbaycanlı fəallar və mədəniyyət sevərlər tərəfindən qınaqla qarşılanıb.

Etirazçılar hesab edirlər ki, “Coker” proqramı Azərbaycanın milli-mədəni simvollarını lağa qoymaq üçün vasitə olmamalı idi və Babək Nəhrin müsabiqədə qalib gəlmək üçün daha uyğun mövzu seçə bilərdi.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar