SON XƏBƏRLƏR

Şərqi Azərbaycan Hüquqşünaslar Dərnəyinin başçısı məhbus vəkillərlə bağlı açıqlama verib

2022.10.18, 08:30
Şərqi Azərbaycan Hüquqşünaslar Dərnəyinin başçısı məhbus vəkillərlə bağlı açıqlama verib

Gunaz.tv

"Son günlər bir sıra həmkarlarımız müxtəlif ittihamlarla bəzi dövlət qurumları tərəfindən saxlanılıb və biz onlarla maraqlanırıq"- deyə, Paşazadə bildirib.

Həbs edilən vəkillərin ailələrinin də proseslərdən məlumatlandırıldığını bildirən Həsən Paşazadə məsələnin yaxın vaxtlarda həll olunacağı ilə bağlı ehtiyatlı proqnoz verib.

Son günlər ETTELAAT və SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin güney azərbaycanlı vəkillərə qarşı təzyiqlərinin Şərqi Azərbaycan Hüquqşünaslar Dərnəyinin rəhbərinin daha yumşaq çıxış etməsinə səbəb olduğu hiss edilir.

Qeyd edək ki, son bir neçə gündə Şərqi Azərbaycan Hüquqşünaslar Dərnəyinin üç üzvü, Sina Yusifi, Qasım Bodi və Əmir Mhdipur təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Vəkillərin həbsi bir neçə gün bundan öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar