SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi Nurduz gömrüyündə görüş keçirib

2021.11.03, 08:50
Şərqi Azərbaycan valisi Nurduz gömrüyündə görüş keçirib

Gunaz.tv

Xüsusi sərhəd işçi qrupunun iclasında aidiyyəti məsul şəxslərin iştirakı ilə əyalətin sərhəd terminallarının problemlərini müzakirə edən vali Nurduz gömrüyündə fəaliyyətlərin artırılması məsələlərini müzakirə edib və fəaliyyətlərin inkişafına mane olan problemlərin aradan qaldırılmasını istəyib.

Azad Ticarət-Sənaye və Xüsusi İqtisadi Zonaların Ali Şurası katibinin Araz Azad Zonasına səfərinə toxunan Abdin Xurrəm bildirib ki, Araz Azad Zonası və sərhəd terminallarının inkişafı üçün ciddi planlar var.

O, Ermənistanla əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə işarə edib.

Sərhəd bazarlarının və nəqliyyat infrastrukturunun yaradılması, sərhəddə baş verən bəzi gərginliliklərin qarşısının alınması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyən A.Xurrəm bildirib ki, Nurduz gömrüyündə bəzi infrastruktur problemləri mövcuddur və məsul qurumların əməkdaşlığı ilə onları yaxşılaşdırmasına çalışırlar.

Səfər zamanı Əyalət İntizam Komandanlığının müavini, Əyalət Sərhəd Komandanı, Əyalət valiliyinin Təhlükəsizlik və İntizam İdarəsinin məsulu, Avtomobil Yolları və Avtomobil Nəqliyyatı Baş İdarəsinin müdiri, Əyalət Gömrük Nəzarəti İdarəsinin başçısı və Norduz Gömrük İdarəsinin rəisinin valini müşayiət ediblər.

Şərqi Azərbaycan əyalətinin əlaqədar qurumlarının başçılarının görüşdə iştirak etməsi İranın Ermənistanla əlaqələrini dahada genişləndirmə tədbirlərində Şərqi Azərbaycan adından məqsədli şəkildə istifadə etməyə çalışmasından xəbər verir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar