SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əyalətində su böhranı dərinləşir

2023.03.07, 11:47
Şərqi Azərbaycan əyalətində su böhranı dərinləşir

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan Su və Kanalizasiya Şirkətinin baş direktoru Məhəmməd Xani xəbərdarlıq edib.

Onun sözlərinə görə, hazırda qış olmasına baxmayaraq əyalətin su ehtiyatı 51% azalıb.

"Şərqi Azərbaycanda son illərin ən az yağışlı qışı yaşanıb və bu vəziyyət əyalətin kənd təsərrüfatın, sənaye mərkəzləri və vətəndaşların içməli su təchizatı sahəsində bir çox problemlərlə üzləşməsinə səbəb olacaq", Xani bildirib.

Xani bundan öncə, əyalətin 700 kəndində ciddi su çatışmazlığı olduğunu, bu səbəbdən Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını deyib.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar