SON XƏBƏRLƏR

"Valilərin səlahiyyəti artırılsın"- Şərqi Azərbaycan valisi hökumətə təkliflər verdi

2022.03.14, 08:56
"Valilərin səlahiyyəti artırılsın"- Şərqi Azərbaycan valisi hökumətə təkliflər verdi

Gunaz.tv

“Fars News” xəbər agentliyinin yayımladığı məlumata əsasən, Zeynəlabdin Rəzəvi Xurrəm milli layihələrinin icrası üçün səlahiyyətlərin artırılmasını və kreditlərin valilərə verilməsini istəyib.

“Milli inkişaf və tikinti layihələri tamamilə nazirliklərin ixtiyarında ikən, bu layihələrin problemlərinin həlli valiliklərin üzərinə düşür.

Halbuki, valiliklərə bu layihələrlə bağlı heç bir səlahiyyət verilməyib. Təəssüf ki, tikinti layihələrinin kreditləri vilayətlərin iqtisadi göstəricilərinə uyğun bölüşdürülmür”- deyə, vali bildirib.

Vali Tehran hökumətinin vilayətlərə səlahiyyətlərinin artırılmasını və valiliklərin gücləndirilməsini təklif edib. “Layihələrə kredit ayrılması həmin layihələrin irəliləyişinə və vilayətin prioritetlərinə uyğun olamlıdır”-deyə, o, əlavə edib.

Şərqi Azərbaycan valisi həmçinin əyalətin digər problemlərinə toxunaraq, tamamlanmamış layihələr, mədənlərin ehtiyatlarının xam satılması, Təbriz əhalisinin gecəqondularda yaşaması kimi məsələlərin həll edilməsinin vacibliyini vurğulayıb.

Təbriz-Miyana dəmir yolunun 17 ildən sonra hələ də tamamlanmadığına toxunan Abidin Xürrəm layihənin 90 faiz irəliləyişdən sonra dayandırıldığını və sona çatması üçün 200 milayard tümən kreditə ehtiyac olduğunu bildirib.

Şərqi Azərbaycan valisi Xürrəm Təbriz şəhərinin 450 min əhalisinin “şəhər ətrafı qeyri-standart yaşayış yerlərində” yaşadıqlarını deyib. 

Xürrəm əyalətin zəngin təbii ehtiyatları haqda danışaraq, Şərqi Azərbaycanda 8,5 milyard ton qiymətli mineral ehtiyatları olduğunu və bu ehtiyatların mədənlərdən çıxarılaraq xam şəkildə satıldığını deyib. O, mineral zənginləşdirmə zavodlarının mövcud olmamasını tənqid edib.

O, bununla yanaşı Şərqi Azərbaycan əyalətində elektrik enerjisi və maye qaz çatışmazlığı yaşandığını, bir sıra millət vəkillərinin məsələni parlament səviyyəsində qaldırdıqlarına baxmayaraq, bu günə kimi nəticə alınmadığını deyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar