SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda 103 nəfər yanıq xəsarətləri nəticəsində ölüb

2022.04.16, 11:00
Şərqi Azərbaycanda 103 nəfər yanıq xəsarətləri nəticəsində ölüb

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Məhkəməsinin başçısı Əli Səfayifərdin verdiyi məlumata görə, son bir il ərzində əyalətdə 103 nəfər yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Bu saydan 41 nəfərinin qadın oluğunu deyən Səfayifərd, yanıq nəticəsində ölənlərin sayının öncəki ilə nisbətdə 17% artdığını söyləyib.

O, bununla yanaşı bu müddət ərzində 18-i qadın olmaqla 58 nəfərin karbonmonoksit zəhərlənməsi səbəbindən həyatını itirdiyini bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar