SON XƏBƏRLƏR

Güclü qar Şərqi Azərbaycanda həyatı iflic etdi: 120 kəndin yolu bağlandı

2021.12.23, 12:12
Güclü qar Şərqi Azərbaycanda həyatı iflic etdi: 120 kəndin yolu bağlandı

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin sədr müavini Qulamrza Rəsulzadə açıqlama verib.

O, əyalətin 120 kəndinin yolunun bağlandığını və ətrafdan təcrid olunduğunu deyib.

Mediaya açıqlama verən Q.Rəsulzadə qar və çovğun nəticəsində Əhər və Kəleybər bölgələrində yolların təhlükəli olduğunu vurğulayıb.

O, xüsusilə Sərəskənd (Həştrud), Çaroymaq yollarının bağlandığını və ətraf kəndlərin mahal mərkəzi ilə əlaqələrinin kəsildiyini bildirib. 

“Gecə saatlarında güclü qasırğa yolların açılması üçün imkan vermədi. Gün ərzində qeyd olunan bölgələrdə kənd yollarının açılmasına yenidən cəhd olunacaq”-deyə, Yollar və yYükdaşıma Nəqliyyatı İdarəsinin sədr müavini bildirib. 

Yerli sosial media istifadəçiləri bağlanan yollarda aparılan işin gedişindən narazılıqlarını bildirib və cəlb olunan texnikanın köhnə, yararsız və yetərsiz olduğunu yazıblar.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar