SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda 300 kənd ətrafdan təcrid vəziyyətinə düşüb

2022.01.22, 09:28
Şərqi Azərbaycanda 300 kənd ətrafdan təcrid vəziyyətinə düşüb

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatının başçısı Orucəli Əlizadə açıqlama verib.

Onun sözlərinə görə, Əhər, Çaroymaq, Sərəskənd, Marağa, Vərziğan, Mərənd, Ocan, Miyana və Sarab şəhərləri və ətraf kəndlərində qar və çovğun daha güclü olduğuna görə 300 kənd tamamilə ətrafdan təcrid olunub.

Şərqi Azərbaycanın müxtəlif şəhərlərindən sosial media istifadəçilərinin verdiyi məlumatda bağlanan yollar və təcrid vəziyyətinə düşən kəndlərin sayının rəsmi məlumatda göstəriləndən daha çox olduğu bildirilir.

Məlumata görə, Marağa bölgəsində 80 kənd, Sərəskənd bölgəsində isə 150 kənd təcrid vəziyyətindədir. Sərəskəndin bəzi yerlərində qarın hündürlüyünün 3 metrə qədər çatdığı qeyd olunur.

Şərqi Azərbaycan əyalətinin Baş Təhsil İdarəsinin anvarın 21-də yaydığı məlumatda yanvarın 22-dən növbəti bildirişə qədər əyalətin əksər bölgələrində məktəblərin tətil edildiyi elan edilib.

Sosial media fəalları və bəzi yerli məsullar yolların açılması, kəndlərin təcrid vəziyyətindən çıxarılması üçün yetərli texnikanın olmadığını deyirlər.

Qeyd edək ki. Şərqi azərbaycanla yanaşı Güney Azərbaycanın başqa əyalətlərində də hava güclü qar yağması və soyuq hava şərayiti həyatı iflic edib.

Nəqliyyatın hərəkəti çətinləşib və məktəblərlə yanaşı əksər dövlət idarələri tətil edilib.

C.E  

 

بارش برف نیم متری در اهر و مرند/ محاصره 300 روستای آذربایجان‌شرقی در برف

150  روستای هشترود در محاصره برف/ ارتفاع برف به 3 متر رسید+ فیلم و عکس

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar