SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda böyük layihələrin icrası dayandırılıb

2021.12.31, 11:50
Şərqi Azərbaycanda böyük layihələrin icrası dayandırılıb

Gunaz.tv

O, hazırda tikintisi davam edən bir çox layihələrin isə yarımçıq qalmaq təhlükəsi qarşısında olduğunu deyib.

Abdin Xurrəm hazırda əyalətdə 10 su anbarının istifadəsiz qaldığını, Araz çayından Təbrizə çəkilməsi nəzərdə tutulan su kəmərinin büdcə çatışmazlığı ucbatından baş tutmadığını söyləyib.

Vali bürukratik əngəllərin sərmayəçilərin Şərqi Azərbaycandan başqa əyalətlərə üz tutmasına səbəb olduğunu deyərək, problemin həlli, əyalətə sərmayə cəlbini reallaşdırmaq üçün əsaslı tədbirlərin gürülməsinin vacibliyini bildirib.

Xurrəm Şərqi Aərbaycanda idman sahəsinin bərbad durumundan danışıb və hazırkı şəraitin qəbuledilməz olduğunu qeyd edib.

Qeyd edək ki, bundan öncə əyalət valisi İranın meqa layihələri Şərqi Azərbaycandan olan sərmayədarların vəsaiti hesabına həyata keçirildiyini demişdi.

“Ölkənin ən böyük projeləri bizim əyalətin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq”-deyə, Şərqi Azərbaycanın valisi mövcud şəraiti tənqid etmişdi.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar