SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda sahibkarların fəaliyyətinə əngəllər yaradılır

2022.01.21, 13:39
Şərqi Azərbaycanda sahibkarların fəaliyyətinə əngəllər yaradılır

Gunaz.tv

Təbrizin yerli mediasına müsahibə verən Həmid Rai 17 il Tehran şəhərində yaşadıqdan sonra ata-baba yurdu Şəbistərdə maldarlıq ferması qurmaq üçün Azərbaycana qayıtdığını, ancaq bölgədə iş yeri açmaq üçün ona süni əngəllərin yaradıldığını bildirib.

“13 yaşımda Tehrana köçmüşəm. İllər ərzində çoxlu çətinliklə qazandığım sərmayəni ata-baba yurdumuza köçürüb və iş yeri açmağa çalışsam da buna imkan verilməyib.

Bu müddət ərzində süni əngəllər və qanunsuzluqlar ucbatından əlimdə olan sərmayə artmaq əvəzinə azalıb. Məsulların sahibkarlara dəstək iddiaları yalan şüardan ibarətdir”-deyə, Həmid Rai məsulların onun fəaliyyətinə imkan vermədiklərini söyləyib.

Bundan öncə bir sıra azərbaycanlı millət vəkilləri və yerli sahibkarlar əyalətdə işsizlik səviyyəsinin artmasından, sərmayələrin cəlb olunması və iş yerlərinin açılması sahəsindəki süni maneələr barədə dəfələrlə çıxış ediblər.

Şərqi Azərbaycan valisi Abdin Xurrəm dekabrın 29-da etdiyi çıxışı zamanı yerli sərmayəçilərin başqa əyalətlərə köç etdiyini etiraf edib.

“Ölkənin ən böyük layihələri bizim bölgənin investorları hesabına reallaşdığı bir halda biz özümüz əyalətdə sərmayə qoymağa adam axtarırıq”-deyə, vali bildirib.

Şərqi Azərbaycan əyalətinin Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthi əyalətdə iş qabiliyyəti olan əhalıinin 198,303 nəfərinin işsiz olduğu barədə məlumat verib.

Fəthi əyalətdə iş qabiliyyəti olan şəxslərin sayının 1 milyon 301 min 935 nəfər təşkil etdiyini, bunun ölkə üzrə orta göstəricidən 1.6% aşağı olduğunu deyib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar