SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda içməli su böhranı dərinləşib

2022.02.07, 12:57
Şərqi Azərbaycanda içməli su böhranı dərinləşib

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya İdarəsinin başçısı Məhəmməd Xani isə hal-hazırda əyalətin 15 şəhər və 700 kəndində su çatışmazlığının yaşandığını deyib.

Onun sözlərinə görə, problemin həlli üçün yetərli büdcə ayrıldığı halda 4 illik plan və proqram hazırlayıb böhranın şiddətini azaltmaq olar.

“Şərqi Azərbaycanda su problemlərinin aradan qaldırılması üçün Araz çayından Təbriz və çəkiləcək su kəməri üzərində yerləşən şəhərlərə su çatdırılması layihəsinin icrası nəzərdə tutulub.

Bu layihənin həyata keçirilməsi və başa çatdırılması üçün isə əyalət və ölkə məsullarının səy göstərməsi vacibdir”-deyyə, Xani layihənin gecikdirilməsinə toxunub.

Qeyd edək ki, ötən ilin noyabr ayının 30-da su böhranının müzakirəsinə həsr olunmuş toplantıda Şərqi Azərbaycan əyalətinin keçmiş başçısı Əlirza İmanlu əyalətin 650 kəndində su qıtlığı yaşandığını demişdi.

Toplantıda yaxın aylarda problemin həlli ilə bağlı vədlərin verilməsinə baxmayaraq, təxminən iki ay müddətindən daha 50 kənddə su çatışmazlığı problemi ortaya çıxıb.

C.E

 

Açıklama yok.

Məhəmməd Xani

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar