SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda iş qəzaları nəticəsində ölüm halları artıb

2022.07.29, 07:21
Şərqi Azərbaycanda iş qəzaları nəticəsində ölüm halları artıb

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Mehrdad Sitarənin verdiyi məlumata görə, bu ilin yaz fəslində əyalətdə 34 nəfər iş qəzalarında həlak olub.

Məlumatda 11 nəfərin hündürlükdə yıxılma, 6 nəfərin bərk cismin dəyməsi, 4 nəfərin elektrik cərəyanı vurması, 3 nəfərin hipoksiya (oksijen çatışmazlığı), 1 nəfərin boğulma, 8 nəfərin yanıq xəsarətləri və 1 nəfərin isə hadisə nəticəsində öldüyü bildirilir. 

Mehrdad Setarənin dediyinə görə, eyni müddətdə 12-i qadın olmaqla 349 işçi iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciə ediblər.

Tibbi Ekspertiza Mərkəzinin başçısı ötən il Şərqi azərbaycanda 83 nəfərin iş qəzalarında həlak olduğunu,  48-i qadın olmaqla1488 nəfərin iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciə etdiklərini deyib.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar bildirib ki, iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim və avadanlıqlarla təmin edilməməsi ölüm hallarının çoxalmasına səbəb olub. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar