SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda işsizlərin 68 faizi universitet məzunlarıdır

2022.08.10, 06:10
Şərqi Azərbaycanda işsizlərin 68 faizi universitet məzunlarıdır

Gunaz.tv

Onun sözlərinə görə, 15-34 yaş arası gənclərdə işsizlik göstəricisi 21%-dir.  Hüseyn Fəthi Şərqi Azərbaycanın universitet məzunlarının 68 faizinin işsiz olduğunu söyləyib.

Qadınlar arasında işsizlik göstəricisinin kişilərə nisbətdə daha çox olduğunu deyən Hüseyn Fəthi qarşıdakı bir il müddətində əyalətdə 46 min iş yerinin açılmasının nəzərdə tutulduğunu iddia edib.

Şərqi Azərbaycanın Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin başçısı bundan öncə aprelin 28-də verdiyi açıqlamada Şərqi Azərbaycanda Universitet məzunlarının 55%-nin işsiz olduğunu demişdi. 

Fəthinin verdiyi ilk açıqlamadan keçən 3 ay müddətində Universitet məzunları arasında işsizlik göstəricisi daha 13% artıb.

Bundan öncə oxşar problemlə bağlı çıxış edən Əhər və Heris şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Məhərrəmzadə də Şərqi Azərbaycanda işsizliyin ciddi problemə çevrildiyini deyib.

Bölgədə müxtəlif infrastruktur problemlərinin olduğunu vurğulayan millət vəkili bildirib ki, sərmayə cəlb olunması, yeni iş yerlərinin açılması üçün yetərli tədbirlər görülmür.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar