SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021.12.04, 12:08
Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

Gunaz.tv

Onun iddiasına görə, hal-hazırda Şərqi Azərbaycanda işsizlik səviyyəsi 7.9% olaraq hesablanıb və buda iş qabiliyyəti olan əhalıinin 198,303 nəfərinin işsiz olduğunu göstərir. 

Fəthi əyalətdə iş qabiliyyəti olan şəxslərin sayının 1 milyon 301 min 935 nəfər təşkil etdiyini, bunun ölkə üzrə orta göstəricidən 1.6% aşağı olduğunu deyib. 

“15-24 yaş arası gənclər arasında işsizlik səviyyəsi 19.6%, 15-29 yaş arası şəxslərdə 17.4% və 18-35 yaş arası insanlarda isə 14.5%-dır”-deyə, Fəthi bildirib. 

Əəmək və Sosial rifah İdarəsinin başçısı Şərqi Azərbaycan qadınları arasında işsizlik səviyyəsinin 13.8% olduğunu və bunun ölkə üzrə ortalama göstəricidən 3.9% aşağı olduğunu söyləyib. 

Başqa əlaqədar məsul şəxslərin verdikləri məlumatlar Hüseyn Fəthinin işsizlik səviyyəsi ilə bağlı verdiyi statistikanın doğruluğunu şübhə altına alır. 

İki gün öncə Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Məhəmməd Kəlami məşğulluq və əmək bazarı işçi qrupunun toplantısında işsizlik səviyyəsinin yüksək olması barədə danışıb. 

O, problemlə bağlı çıxışı zamanı əyalətdə Universitet məzunlarının çoxunluğunun işsiz olduğunu deyib və məsulları problemin həlli üçün əməli tədbirlər görməyə çağırıb. 

C.E

62017492.jpg

Hüseyn Fəthi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar